Mərkəzi Bankın növbəti valyuta hərracı keçirilib

0
484

Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Bankdan verilən məlumata əsasən, hərracda tələb 62,9 milyon ABŞ dollarını təşkil edib və tam təmin edilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.