Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyünə namizədlər AÇIQLANDI

0
245

Milli Məclisin mayın 31-də keçiriləcək plenar iclasında 2 nəfərin Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinə üzvlüyü müzakirə olunacaq.

bunlar hazırda qurumun baş direktoru olan Rəşad Temraz oğlu Orucov və sədrin müşaviri olan Əliyar Qəhrəman oğlu Məmmədyarovdur.

Xatırladaq ki, İH-nin 3 üzvünün səlahiyyət müddəti bu ilin mart ayında başa çatıb. Alim Quliyev, Vadim Xubanov və Aftandil Babayev sonuncu dəfə 2017-ci ilin mart ayında parlamentin qərarı ilə 5 il müddətinə İH-nin üzvü seçiliblər.