Mərkəzi Bankın 200 milyon manatlıq hərracı keçirilib

0
398

Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının 200 milyon manat həcmində, 28 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərrac zamanı 14 investor tərəfindən qiyməti intervalı 24 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 725 milyon 888 min 100 manat olub.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200 milyon manat təşkil edib.

Notların ödəmə tarixi 4 noyabr 2020-ci ildir.