Mərkəzi Bankdan dövlət büdcəsinə daxil olacaq vəsaitin həcmi açıqlandı

0
406

Növbəti ildə Mərkəzi Bankın mənfəətindən dövlət büdcəsinə daxil olacaq vəsait açıqlanıb.

Maliyyə Nazirliyi tərəfindən təqdim edilən “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən verdiyi məlumata görə, Mərkəzi Bankın mənfəətindən dövlət büdcəsinə 250 milyon manat vəsaitin daxilolması nəzərdə tutulur.

Eləcə də bildirilib ki, Mərkəzi Bankın 2017-ci ilin maliyyə nəticələrinə görə əldə etdiyi mənfəətin sərbəst qalığının dövlət büdcəsinə ödənilməmiş hissəsindən “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanuna uyğun olaraq 2020-ci ildə Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fonduna köçürülmüş 1 milyard manat məbləğində vəsaitin 880 milyon manatının 2021-ci il dövlət büdcəsinə transfert edilərək büdcənin gəlirlərinə aid edilməsi nəzərdə tutulur.