Mərkəzi Bank 200 milyon manat vəsait cəlb edib

0
373

Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələrini açıqlayıb.

Qurumdan verilən məlumata əsasən, 28 dekabr tarixində Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 915,4 milyon manat olub.

Hərracın nəticəsində cəlb edilmiş vəsaitlərin həcmi 200 milyon manat, bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 5,76 faiz təşkil edib.