“Mənim qızım təmizdir, onu niyə ləkələyirsiniz?” – Xalq artisti SÜKUTU POZDU – FOTO

0
549

"Mənim qızım təmizdir, onu niyə ləkələyirsiniz?" - Xalq artisti SÜKUTU POZDU - FOTORafael müəllim, övladlarınızı yığıb demisinizmi ki, “Birdən mənim adıma ləkə gətirəcək nəsə edərsiniz?!”

Bu sualla Zaur Kamal aparıcısı olduğu proqramda xalq artisti Rafael Dadaşova müraciət edib.

Aktyor efir vasitəsi ilə ailəsi və müğənni qızı Səidə barədə xoşagəlməz fikirlər səsləndirənlərə üzünü tutub:

“Molyerin yaxşı bir sözü var: “Almaz ləkə götürməz”. Almaz, brilliant təmiz olur. Ləkəli brilliant sayılmır. Mən hər dəfə demişəm ki, bir ünvana xoşagəlməz söz demək üçün fikirləşin ki, bu, kimin övladıdır. Vətən üçün, incəsənət üçün bu nə edib? Hansı ad qoyub, hansı titullara malikdir? Rafaeli əgər sevirsinizsə, hərdən qızımı niyə ləkələyirsiniz? Niyə? Axı ona dəyən daş mənə dəyir. O qədər təmiz, safdır, brilliantdır mənim qızım. Amma atası var axı!”

Qeyd edək ki, illər öncə xalq artisti Rafael Dadaşovun qızı, müğənni Səidə Dadaşovanın ikinci dəfə ərə getməsi və ana olması xəbəri özüylə birlikdə qalmaqal da gətirdi. Qalmaqala səbəb isə Səidənin uşağının atasının evli olması barədə iddia idi. Aysel adlı xanım xalq artistinin qızının evləndiyini iddia etdiyi Məhəmməd adlı şəxsin onunla rəsmi nikahda olduğunu açıqlamışdı. Səidə isə onun dediklərini şayiə adlandırmışdı. Səidə və Məhəmmədin 4 yaşında bir oğlu var.