“Mənim addımım” fondunun rəhbəri də istefa verdi

0
426

Ermənistanın “Mənim addımım” xeyriyyə dondunun icraçı direktoru Ovannes Kazaryan vəzifəsindən istefa verib.Bu barədə Kazaryan Feysbuk səhifəsində yazıb.

“1 dekabrda verdiyim açıqlamama əsasən, bu gündən etibarən “Mənim addımım” xeyriyyə fondunun icraçı direktoru kimi fəaliyyətimə xitam verirəm”, – Kazaryan bildirib.

Kazaryan qeyd edib ki, bir erməni və Ermənistan vətəndaşı kimi ölkədə baş verənlərlə əlaqədar olaraq onun prinsipial fikir ayrılığı yaranıb.

Qeyd edək ki, “Mənim addımım” xeyriyyə fondu Ermənistan Baş naziri Nikol Paşinyanın nəzarətindədir. Fondun Qəyyumlar Şurasının sədri Paşinyanın arvadı Anna Akopyandır.