“MƏN VƏ SƏNƏTİM”

0
691

Mən uşaqlıqdan şəkil çəkməyi sevirdim, çox həvəskar idim, uşqqlıqdan nə oldu çəkirdim. 12-13 yaşlarında “Karate” idman məşqinə gedirdim. Atam gördü tənbəlləşmişəm, daha şəkil çəkmirəm. İdman məşqlərdən çıxaratdı dedi: “oğul təpiy atmaqla sənət olmaz otur şəkilvi çək” 8 illik nataman orta məktəbi bitirib Bakıxanov qəsəbəsində yerləşən 12 saylı Bakı Peşə Litseyinə qəbul oldum. 3 illik “Reklam tərtibatı üzrə icracı rəssam” ixtisasında təhsil aldım. Bitirəndə İsmayıllı rayonumuz Həftəsov kəndinə qardaşım Namiqlə Nəcəf babama kənd işləri üzrə köməkliyə getdik. 2000-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası acıldı. Sənətləri verməyə 2 3 gün qalmşdı bitməyinə. Atam təcili babama zəng vurdu dedi uşağı göndər Bakıya səmət versin. Kənddən üzüm, qolum qızarmış əsl kənd uşağına oxşayırdım, saçlarım sap sarı idi. Qəbul şöbəsində sənətləri verəndə xalq rəssamı Baba Əliyevin oğlu Fərhad müəllim ( Fərhad Əliyev ) məndən soruşdu hazılığa getmisən, dedim xeyir heç hazırlaşmamışam, kənddən gəlmişəm. Dedi bəs necə keçəcəysən? Dedim çalışaram. Nəysə qabiliyyət imtahnları tarixləri dəqiqləşdi rəsm qabiliyyətindən 5 (əla) rəngarlıq qabiliyyətindən 5 (əla) və kompozisiyadan 3 (kafi) qiymət aldım. O vaxt xalq rəssamları Mikayıl Abdullayev və Ömər Eldarov arasında söz gedirdi xalq rəssamı Böyükağa Mirzəzadə qeyd etdi ki, bu bakalavır akademiyanın tələbəsi olmalıdır. Fərhad müəllim məni yanına çağrıb dedi ki, siz artıq qabiliyyətdən keçmisiz, test imtahanından az çox balda toplasaz siz artıq ADRA-nın tələbəsisiz. Mən test imtahanı Bakı Dövlət Unversitetində “B” qrupuna düşdüm. Demək olar ki mən nə rəssamlıqdan nə də ki, tarix, çoğrafiya və ingilis dili fənlərindən heç biri ilə hazırlmamışdım və müəllim yanına getməmişdim. Öz biliyim ilə test imtahanınıda yüksək balla başa vurdum. İmtahanın bitməyinə 10 15 dəqiqə qalmışdı. Mənimlə eyni variantda bir qız mənə yaxınlaşdı. Dedi qardaş siz hansı fənləri yaxşı bilirsiz dedim Çoğrafiya və Tarixi dedi olar cavabları köçürüm dedim buyur. Qıza dedim ingilis dili cavablarını ver. Tələsik cavabları tez bazar bir birmizdən köçürdük. Deməli Tarixdən 6 7 səhf Çoğrafiyadan 3 səhf İngilis dilindən isə 7 səhf çıxdı. Qalanları düz oldu. Axır ki ADRA nın ilk açılışında ilk tələbələrindın biri mən oldum. ‘Dekorativ-Tətbiqi Sənət” kafedrasının “Xalçaçılıq” bölməsində təhsil aldım. Məmmədheseyn Hüseynov, Eldar Mikayılzadə, Ədham Yusubov, Əkbər Nağıyev, Tamellla Məmmədova, Zahid Hüseynov, Tokat Məmmədov və digər böyük rəssamlardan dərs aldım. Bitirəndən sora. ADRA-nın “Muzey-Sərgi Salonunda” işə düzəldim. Muzeyin köməkçisi və həmin illər “Baş Fond Müdürü” vəzifəsinə qalxdım 4 ilə çalışdım. Vəzifəmdən getməyim yenicə ADRA-ya gəlmiş prorektorun işi oldu. Artıq 10 ilə yaxın ADRA-dan ayrılmışam. Müxtəlif Beynəlxalq sərgilərdə iştirak etdim, Münsiflər heyətində iştirakım oldu. Bir çox kitab təqdimatlarına, sərgilərə, konsertlərə, teatıra və digər tədbirlərə dəvət almışam. “Azərbaycan xalçaçıları” və “Turan” partiyasının üzvüyəm. Türkiyədə yerləşən “Çukurova Ədəbiyyat Dərnəyin” də üzvüyəm. İllər keçsədə sənətimdən uzaq qalmadım. Fəhləlik edirəm, artıq evliyəm 2 qızım var. Ancaq ki, bu gündə çəkib pozuram. Bir çox kompozisiyalar və portretlər yarstmışam. Mənim bu səviyyə qaldımağı atamın böyük xidməti olub…

Natiq Nəcəfzadə


Müsahibəni aldı

Nəzakət Kətimova Əhmədova,

“Xarıbülbül” Ədəbi Məclisinin sədri, ” Bizim Qala” jurnalının redaktoru,”Yazarlar” jur.əməkdaşı,AJB -nin üzvü.