Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası və onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində hüquqi bazanın əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub.
Və bu proses bu gün də Ulu Öndər siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Ölkə başçısı İ.Əliyevin, eyni zamanda Azərbaycanın birinci vitse-Prezidenti Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-Prezidenti Leyla xanım Əliyevanın fiziki məhdudiyyətlilərə məxsusi nəvazişi, onlarla mütəmadi görüşləri əlillərin həyata baxışını dəyişdi. Onların həyat eşqini, yaşama şövqünü alovlandırdı.
Artıq 6 aydır ki, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin və İctimai Nəzarət Koalisiyasının dəstəyi ilə gözdən məhdudiyyətli lakin ali musiqi təhsilli istedadlı gənclərin “Mən də varam” adlı layihəsi onlayn şəkildə konsert və müxtəlif tədbirlərlə həyata keçirilir.Pandemiya qanunlarının yumşaldılması ilə əlaqədar olaraq 01 oktyabr İctimai Nəzarət Koalisiyasının 5 illik ildönümü münasibətilə layihənin ilk dəfə olaraq canlı konserti baş tutacaq.21 sentyabr tarixində gənclərin konsertlə bağlı ilk məşqi kecirildi.
“ictimainezaretkoalisiyası.com”