Məmmədyarov Aronyanı uddu, Rəcəbov liderlər qrupunda

0
336

Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VI mərhələsi “The FTX Crypto Cup”ın bu gün növbəti beş tur keçirilib.

Təmsilçilərimiz Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov VI turda bir-birinə rəqib olublar. Görüş heç-heçə yekunlaşıb.

Növbəti turda isə Məmmədyarov qara fiqurlarla Ermənistan təmsilçisi Levon Aronyanı, Rəcəbov ağ fiqurlarla İddiaçılar Turnirinin qalibi, rusiyalı Yan Nepomnyaşini xala həsrət qoyub.

VIII turda Rəcəbov ağ fiqurlarla ABŞ təmsilçisi Uesli So ilə, Məmmədyarov isə Nepomnyaşi ilə heç-heçə edib.

IX turda Məmmədyarov qara fiqurlarla So ilə, Rəcəbov fransalı Maksim Vaşye-Laqravla “sülh”ə razılaşıb.

X turda isə Rəcəbov ağ fiqurlarla argentinalı Alan Piçotu, Məmmədyarov Vaşye-Laqravı yenib.

Beləliklə, 10 turdan sonra xalını 6,5-ə çatdıran Rəcəbov ABŞ təmsilçiləri Fabiano Karuana və Hikaru Nakamura ilə birgə ilk 3 yeri bölüşür.

Məmmədyarov isə 5 xalla 16 şahmatçı arasında 10-cu pillədə gedir.