Məleykənin sizin köməyinizə ehtiyacı var – FOTO

0
370

17 yaşlı Məleykənin sizin köməyinizə ehtiyacı var.

Bu barədə  onun anası Azədə Məmmədova məlumat verib.

Onun sözlərinə görə, qızı 2004-cü il təvəllüdlü Məleykə Eyvazovada ağır sümük xəstəlikləri mövcuddur:

“Uşaq dünyaya gələndə həkimlər tərəfindən bir neçə diaqnoz qoyulub. Əsas anadangəlmə mil sümüyünün çıxığı diaqnozu ilə müalicə alıb. Daha sonra son dörd il ərzində “S-vari skolioz” xəstəliyi yaranıb. Həkimlər deyir ki, müalicənin xeyri olmayacaq, yalnız əməliyyat olunmalıdır. Skolioz əməliyyatı üçün həkimlər 34 min manat pul lazım olduğunu deyirlər. Əllərinin əməliyyatı üçün isə 16 min manat vəsait lazımdır. Əməliyyat xərclərini qarşılamağa maddi imkanımız yoxdur. Xahiş edirəm qızımın sağlamlığına qovuşması üçün kömək edəsiniz”.

Məleykəyə kömək etmək istəyən şəxslər +994 50 890 70 21 nömrəsi ilə əlaqə saxlaya bilər.