Məktub daxil oldu: Metro səhər saat 04:00-dan işləyəcək

0
279

Xəbər verdiyimiz kimi, dekabrın 21-də Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Qarabağ” – MOİK görüşü Xankəndi şəhər stadionunda keçiriləcək.

Bununla bağlı Bakı Metropoliteninin də iş sisteminin dəyişdiriləcəyi bildirilir. Belə ki, dekabrın 21-də Bakı metrosu işinə 06:00-da deyil 04:00-da başlayacaq. Buna səbəb isə “Qarabağ” – MOİK matçı üçün azarkeşlərin Xankəndiyə aparılmasıdır.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlama verib.

O qeyd edib ki, bunun bağlaı quruma məktub daxil olub.

“Hazırda həmin məktuba baxış keçirilir. Qərar veriləndən sonra istimaiyyətə əlavə məlumat veriləcək”.