Məktəblərdə “Hepatit A” virusu yayılır: valideynlər nəyə diqqət etməlidir? – VİDEO

0
453

Mingəçevirdə məktəblilər arasında “Hepatit A” virusuna yoluxma halı aşkarlanıb.

Son bir həftə ərzində sözügedən diaqnozla beş nəfər xəstə barəsində Mərkəzi Şəhər Xəstəxanasından Gigiyena və Epidemiologiya Mərkəzinə təcili bildiriş vərəqəsi daxil olub.

Hər bir ünvanda həkim epidemioloq tərəfindən araşdırma aparılıb və dörd məktəblinin “Hepatit A” virusuna yoluxması təsdiqlənib.

Həkim İlqar Həsənovun sözlərinə görə, xəstələrin vəziyyəti hazırda yaxşıdır və valideynlərinin təkidi ilə müalicələri paytaxtda davam etdirilir.

Ətraflı “Baku” TV-nin süjetində: