Məktəbin yaxınlığındakı evdə güclü yanğın başlayıb – YENİLƏNİB – VİDEO

0
376

Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Gülçin Mehdiyeva açıqlamasında bildirib ki, hazırda yanğınsöndürmə briqadası hadisə yerindədir. 

Yanğın barədə çağırışın nə vaxt daxil olması və yanğınsöndürənlərin hadisə yerinə çatması haqda dəqiq məlumat açıqlanacaq.

Bildirək ki, yanğın Maştağa qəsəbəsi, 22 saylı orta məktəbin yaxınlığındakı fərdi yaşayış evində başlayıb.

———-
12:44

Bakıda fərdi yaşayış evində qəfil yanğın başlayıb.

Hadisə paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib.

Bir mərtəbəli həyət evində başlayan yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadaları cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.

İlkin məlumata görə, yanğın qısaqapanmadan baş verib.