Məktəbin yaxınlığında iki metr uzunluğunda piton ələ keçdi – FOTO/VİDEO

0
392

Orta ümumtəhsil məktəbinin yaxınlığında iki metr uzunluğunda piton ələ keçib.

Hadisə Rusiyanın İvanovo vilayətində baş verib.

Yerli baytar həkimi ilanın beş yaşı ola biləcəyini deyib. Piton ilkin müayinədən sonra heyvan sığınacağına aparılıb.

Son məlumatlara görə, sürünənin sahibi tapılıb və ilan ona təhvil verilib.