
Azərbaycanda daha bir direktor şagirdləri döyüb.
Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, Cəlilabad şəhər Akademik Zərifə Əliyeva adına 7 nömrəli tam orta məktəbin direktoru Səidə Şükürova sinifdə şagirdləri çubuqla döyüb.
Qeyd edək ki, paytaxtda fəaliyyət göstərən 9 nömrəli tam orta məktəbin direktoru Zinyət Əhmədovanın da bir müddət əvvəl təhsil ocağında şagirdləri döyməsi barədə məlumat yayılmışdı.
Həmin görüntüləri təqdim edirik: