Məkkədə – Mina vadisində zəvvarların qaldığı çadırlarda  yanğın baş verdi-FOTO

0
447

Dünən- avqustun 4-də Məkkə yaxınlığındakı Mina vadisində zəvvarların qaldığı çadırlarda yanğın meydana gəlib.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğını tez bir zamanda lokallaşdırmaq mümkün olub.  İlkin məlumatlara görə, bir neçə zəvvar çadırı yanıb, heç kim xəsarət almayıb.
Xatırladaq ki, bu günə qədər dünyanın hər yerindən Səudiyyə Ərəbistanının müqəddəs məkanlarına Həcc ziyarəti üçün 2 milyondan çox zəvvar toplanıb.