Ramazan ayını Səudiyyə Ərəbistanında keçirən 4 milyondan çox müsəlman Kəbəyə üz tutub.
Gecə yarısından etibarən Kəbə ətrafında toplaşanlar Ramazan ayının sona çatması ilə Məscid-ül Həramda bayram namazı qılıblar.
Namazı imam Əbdürrəhman Sudeysi qıldırıb. O, bayram münasibətilə təbriklərini çatdıran xütbə verib.