
“HaberGlobal”ın məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanı Səhiyyə Nazirliyinin Mətbuat Katibi Məhəmməd əl-Əbd əl-Əli bəyan edib.
Onun sözlərinə görə, ölkəyə qonaq qismində gələn Əfqanıstan vətəndaşı koronavirus səbəbindən ölüb. Bundan başqa, ölkədə daha 205 nəfərdə COVID-19 aşkarlanıb. Bununla da yoluxma sayı 676-ya yüksəlib.
19.00-06.00 saatları üçün nəzərdə tutulan karantinin müddəti hələlik 21 gün müəyyən edilib. Qanunu pozanların cərimə olunacağı və həbslə cəzalandırılacağı barədə xəbərdarlıq edilib.