Irandan gətirilən məhsullarda zərərli orqanizm aşkarlanıb

0
147

İrandan Azərbaycana gətirilən portağal və bibərdə zərərli orqanizm aşkarlanıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Belə ki, idxalçı şirkətlərin müraciəti əsasında Agentlik əməkdaşlarının götürdükləri nümunələrin müayinələri nəticəsində İrandan idxal olunan, “Ballı Store N” MMC-yə məxsus 7 372 kq bibər məhsulunda qonur qırışıqlıq virusu, “Frut-ZV” MMC-yə məxsus 8 650 kq və “Narnumru” MMC-yə məxsus 21 100 kq portağal məhsulunda isə sitrus tristeza virusu aşkarlanıb.

Faktlarla bağlı qanunvericiliyə uyğun olaraq karantin tətbiq olunan zərərli orqanizmin sirayət etdiyi məhsul partiyaları barədə qida təhlükəsizliyi serfikatının verilməsindən imtina edilməsi və təhlükəli məhsulların gömrük ərazisinin hüdudlarından kənarlaşdırılması və ya məhv edilməsi barədə qərarlar qəbul olunub.

Verilmiş qərarlara əsasən, Qaradağ Rayon Qızıldaş poliqonunda məhvetmə tədbiri həyata keçirilib.