Məhkumlar hansı hallarda məzuniyyətə buraxılır?

0
188

Ədliyyə Nazirliyi Penitensiar Xidməti məhkumların hansı hallarda məzuniyyətə buraxılmasına aydınlıq gətirib.

Xidmətin rəis müavini Oqtay Məmmədov jurnalistlərə açıqlamasında qanunvericilikdə az ağır, ehtiyatsızlıqdan cinayət törədən və böyük ictimai təhlükə törətməyən məhkumların məzuniyyətə göndərildiyini bildirib.

Onun sözlərinə görə, müəssisə hüdudlarından kənara 7 gün müddətində rejim qaydalarını pozmayan, cəzalarını yarıya kimi çəkən məhkumlar buraxılır.