Məhkəmə arvadını polis bölməsində öldürən şəxs barəsində qərar verdi

0
422

Məhkəmə polis şöbəsində arvadını qətlə yetirən şəxslə bağlı qərar verib. 

Müvafiq məhkəmə orqanı həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən İsmayıl Məmmədovun barəsində istintaq orqanının verdiyi təqdimata baxılıb. Qərara əsasən, İsmayıl Məmmədovun barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, sentyabrın 30-da səhər saat 09:00 radələrində Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Şöbəsində Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İ.Məmmədov xidmətdə olarkən həyat yoldaşı Xanım Məmmədovanı xidməti silahdan atəş açaraq qətlə yetirib.

Daha sonra İ.Məmmədov saxlanılıb, barəsində Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, İ.Məmmədov daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmrinə əsasən, o, daxili işlər orqanlarından xaric edilib.