Məhdudiyyətlər aradan qaldırılır? AÇIQLAMA

0
426

Son vaxtlar bəzi Avropa ölkələrində bir sıra məhdudiyyətlər aradan qaldırılır. Buna səbəb isə həmin ölkələrin əhalisnin 80-90 faiznin vaksinasiya olunmasıdır.

Bu barədə həkim-infeksionist Vasif Əliyev deyib.

Onun sözlərinə görə, ölkəmizdə də vaksinasiya göstəriciləri çox yüksəkdir. Lakin yoluxmanın artdığı bir zamanda məhdudiyyətlərin aradan qaldırılması doğru deyil.

“Gündəlik olaraq yoluxma hallarında artım müşahidə olunur. Bəzən düşünürlər ki, belə artım müşahidə olunan bir vaxtda məhdudiyyətlər daha da artırıla bilər. Mənim fikrimcə, baxmayaraq ki, yoluxma hallarının sayı artır, ümumi xəstəxanalarda vəziyyət daha stabildir. Bu onu göstərir ki, əhalinin çox hissəsi yoluxsa belə, daha çox ev şəraitində müalicə alırlar. Çünki xəstəlik asimptomatik keçib, pnevmaniya əlamətləri çox az görüldüyünə görə bu cür xəstələr ev şəraitində müalicə alır.

Yoluxma sayı müəyyən pik həddə çatıb, daha sonra yoluxmalarda azalma müşahidə olunduqda və ölkədəki epidemioloji vəziyyəti ciddi şəkildə təhlil etdikdən sonra məhdudiyyətlərin aradan qaldırılması barədə düşünmək olar”, –deyə o qeyd edib.

O bildirib ki, “Omikron” ştammının dominant olması və yüngül keçməsi bizə biraz ümid verir ki, mutasiya artıq yüngülləşməyə doğru gedir.

‘Lakin yenə də COVİD-19 virusu haqqında dəqiq proqnozlar vermək mükün deyil. Qarşımızdakı günlərdə virusun yoluxduruculuq və öldürücülük qabiliyyətini ciddi təhlil etdikdən sonra pandemiyanın sonlanması barədə qərar verilə bilər’, – deyə o əlavə edib