Mədət Quliyevdən yeni TƏYİNAT

0
300

Azərbaycan Velosiped İdmanı Federasiyasına yeni idman direktoru təyin edilib.

Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyevin əmri ilə ukraynalı mütəxəssis Oleq Berezovski federasiyanın idman direktoru vəzifəsinə təyin edilib.

Yeni idman direktorunu qəbul edən federasiya prezidenti qarşıya qoyulan məqsədlərdən danışaraq ona gələcək fəaliyyətində uğurlar arzulayıb.