Mədən torpağının idarəçiliyi ilə bağlı YENİLİK

0
481

“Mədən torpağının idarəçiliyində yaranan problemin həlli üçün qanunvericilik aktlarına dəyişiklik edilməsi gözlənilir”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında nazirliyin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyin İdarə Heyətinin sədri Samir Qurbanov bildirib.

O bildirib ki, məsələ barədə nazirliyin əməkdaşları sənədlər hazırlanıb və qısa zamanda hökumətə təqdim ediləcək.

“Hazırlanan sənəd bir sıra yenilikləri, asanlaşmanı özündə ehtiva edir”, – deyə o qeyd edib.