Məcburi köçkünlərin yaşadığı bina yanıb

0
532

Mingəçevirdə yaşayış binasında yanğın faktı qeydə alınıb.

FHN-dən verilən məlumata görə, şəhərdə məcburi köçkünlərinin məskunlaşdığı birmərtəbəli binada ümumi sahəsi 24 m² olan 1 otağın yanar konstruksiyaları və ümumi sahəsi 24 m² olan digər 1 otağın yanar konstruksiyaları 16 m² sahədə yanıb.

Məlumata görə, otağın qalan hissəsi və digər otaqlar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.