Lüksemburqda marixuana tam leqallaşdırılacaq

0
418
Two joints and marijuana leaf on dark background
Two joints and marijuana leaf on dark background

Lüksemburq marixuananın tam leqallaşacağı ilk Avropa dövləti olacaq.

Bu barədə ölkənin səhiyyə naziri Etyen Şnayder açıqlama verib. O, söyləyib ki, bu narkotik maddənin qadağan edilmiş statusu yalnız gənclərin ona marağını artırır.

Nəşrin məlumatına görə, ölkənin yalnız yetkin vətəndaşları marixuana əldə edə biləcəklər. Əcnəbilər və turistlər qanuni şəkildə marixuana əldə edə bilməyəcəklər.

Qanunvericilikdəki dəyişiklik iki il ərzində qüvvəyə minəcək. Marixuananın istehsalı və paylaşdırılması isə xüsusi yaradılmış agentlik vasitəsi ilə tənzimlənəcək.