
Lüksemburq – Azərbaycan matçı başa çatıb. Qarşılaşmada hesab açılmayıb.
Bu nəticədən sonra Monteneqro 13 xalla qrup lideri, Lüksemburq 10 xalla ikinci, Azərbaycan 6 xalla üçüncü, Kipr isə 4 xalla sonuncu olub.
00:55
Lüksemburq – Azərbaycan matçının ikinci hissəsi başlayıb.
00:40
UEFA Millətlər Liqasının qrup mərhələsinin VI turundakı Lüksemburq – Azərbaycan matçının ilk yarısı başa çatıb.
Komandalar fasiləyə qolsuz heç-heçə ilə çıxıblar.
23:45
Futbol üzrə Azərbaycan millisi bu gün növbəti matçına çıxır.
Yığmamız Millətlər Liqasının qrup mərhələsindəki sonuncu oyununu keçirir.
Lüksemburq – Azərbaycan
Baş hakim: Feliks Zvayer (Almaniya)
Lüksemburq. Joze Bartel stadionu
Qeyd edək ki, qrupun digər matçında Monteneqro və Kipr komandaları qarşılaşır