“Lukoyl” dünyanın ən yaxşı işəgötürən şirkətləri arasında – Siyahı

0
550

“Lukoyl” dünyanın ən yaxşı işəgötürən şirkətləri arasında

“Forbes” jurnalı dünyanın ən yaxşı işəgötürən 500 şirkətinin reytinqini hazırlayıb.

Siyahıda ilk yerdə Larri Peycin baş direktoru olduğu ABŞ-ın “Alphabet” holdinqi qərarlaşıb. Növbəti sıralarda isə “Microsoft”, “Red Hat”, “Apple” yer alıb.

Siyahıya Rusiyanın 7 şirkəti də daxil edilib. Onlar arasında azərbaycanlı milyarder Vahid Ələkbərovun rəhbərlik etdiyi “Lukoyl” da var. Şirkət 492-ci yerdə qərarlaşıb.

Digər rus şiurkətləri isə bunlardır: “Nornikel” (36-cı yer), “”Moskovskaya birja” (138-ci yer), “Rosneft” (207-ci yer), “Birləşmiş Aviasiya Korporasiyası” (311-ci yer), “Severstal” (380-ci yer), “Rusqidro” (437-ci yer).