Lukaşenkonun istefası ilə bağlı İDDİA

0
336

Belarus Prezidenti Aleksandr Lukaşenko bu yay vəzifəsindən gedəcək.

Bu iddianı ölkənin müxalifət lideri Svetlana Tixanovskaya “Bild am Sonntag” qəzetinə müsahibəsində səsləndirib.

Onun sözlərinə görə, ötən il prezident seçkilərindən sonra təşkil edilən dinc mitinqlər öz bəhrəsini verəcək: “Daxili və xarici təzyiqlər Belarusda dövlət başçısının dəyişilməsi ilə nəticələnəcək. Yeni ABŞ hökuməti və Avropa İttifaqı ilə güclü müttəfiqlik qurmağa ümid edirik. Təzyiq getdikcə artacaq və bir nöqtədə Lukaşenko üçün həddindən çox olacaq. O da vəzifəsindən gedəcək”.

Qeyd edək ki, Belarusda 9 avqustda keçirilən prezident seçkilərində Aleksandr Lukaşenko böyük fərqlə rəqiblərinə qalib gəlmişdi. S.Tixanovskaya müxalifətin uğursuz mitinqlərindən sonra Litvada yaşayır.