Belarusun paytaxtı Minskdə müxalifət tərəfdarları Prezident Aleksandr Lukaşenkonun iqamətgahının ətrafına toplaşıblar.
İqamətgahı xüsusi təyinatlılar qoruyur.
Qeyd edək ki, etirazçılar əvvəlcə “Minsk – Qəhrəmanlar şəhəri” xiyabanına toplaşmışdılar.
***
Lukaşenko 1 saat əvvəl helikopterlə iqamətgahına gəlib.
Teleqram kanallarından birinin yaydığı məlumata görə, Lukaşenko əlində avtomatla helikopterdən enib.
Onu mühafizəçiləri müşayiət edib.
***
Mitinq iştirakçıları “isti” olacağını görüb, siçovul kimi qaçdılar.
Bu sözləri prezident Aleksandr Lukaşenko deyib.