Belorus prezidenti Aleksandr Lukaşenko Rusiya lideri Vladimir Putinlə telefon danışığının gedişində Rusiya ərazisində neft mədəni almaq təklifi ilə çıxış edib. Bu barədə «BelTA» xəbər verib.
KİV-i dəqiqləşdirirlər ki, tərəflər neft-qaz sferasında məsələlərin həllində operativ fəaliyyət göstərməyə razılaşıblar.
«Belorus prezidenti həm də Rusiyalı həmkarına müraiət edərək, müttəfiq ölkənin ərazisində neft mədəni almaq təklifi ilə çıxış edib» – «BelTA» yazır.
Nəşrin mlumatına görə, Rusiya prezidenti bu ideyanı dəstəkləyib, ancaq tərəflər qərara gəliblər ki, məsələ ilə detallı şəkildə növbəti danışıqlar zamanı məşğul olsunlar.
Bundan başqa, siyasətçilər Rusiya və Belorusun hərbi sahədə əməkdaşlıq mövzusunu da müzakirə ediblər.