Belarus Azərbaycan və Səudiyyə Ərəbistanı ilə neft tədarüküylə bağlı uzunmüddətli müqavilənin imzalaması üçün danışıqlar aparır.
Bunu “Belneftxim” konsernin rəsmi nümayəndəsi Ruslan Labut deyib.
“Biz alternativ neft tədarükünü dayandırmağa hazırlaşmırıq. Bunun üçün tədbirlər kompleksi hazırlanıb. Bu plana əsasən, biz çalışırıq. Alternativ neftin mütəmadi tədarükü artıq cari ildən başlayır. Planımızda uzunmüddətli kontraktların bağlanmasıdır. Uzunmüddətli əməkdaşlıq şəraitində dialoq tərəfdaşlarımız olan Azərbaycan və Səudiyyə Ərəbistanı ilə aparılır” – deyə o bildirib.