Lukaşenko etiraf etdi: Minsk bu ukraynalılarla bağlı məlumatları Moskvaya ötürür

0
65

Minsk Belarus vasitəsilə Rusiyaya daxil olmaq istəyən ukraynalılarla bağlı məlumatları Moskvaya ötürür.

Bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko “Rossiya 24” telekanalının efirində bildirib .

Onun sözlərinə görə, Minsk respublika ərazisindən Rusiyaya qaçan bütün ukraynalılar barədə FTX direktoru Aleksandr Bortnikova məlumat verir. Lukaşenko əlavə edib ki, Belarusa uşaqlı ailələr də gəlir və bu, onların “müharibədən qaçıb işləmək istəyinə zəmanətdir”. Belə ailələrə vətəndaşlıq, mənzil və iş almaqda köməklik edilir, çünki bu ailələrin heç biri “özünü pis aparmayıb”.

Belarus prezidenti qeyd edib ki, bir çox ukraynalı Qərbə və ya Rusiyaya getmək üçün Belarus ərazisindən keçir. Onları “sərhəddə heç kim saxlamır və tutmur”. Lukaşenko həmçinin əlavə edib ki, Ukraynadan olan qaçqınların böyük əksəriyyəti müharibədən qaçan hərbi yaşda olan kişilərdir.