
Mitinq iştirakçıları parlamentdə Brexit müqaviləsi üzrə müzakirələrin keçirildiyi zaman Vestminster ərazisində etirazlarını davam etdirəcəklərini bildiriblər.
Təşkilatçılar etirazçılardan İngiltərənin Baş Naziri Boris Consona və Avropa İttifaqı liderlərinə, Böyük Britaniya və Avropa Parlamentlərinin üzvlərinə ünvanlanmış məktubu imzalamalarını xahiş ediblər. Məktubda Brexit prosesinin tamamlanması prosesinə nəzarət etmək üçün icazə tələb olunur.
Brexit tərəfdarları isə bu gün Mançesterdə yürüş keçirəcəklər.