
Böyük Britaniyanın paytaxtı Londonda “Bilik” Azərbaycan məktəbi fəaliyyətə başlayacaq.
Məktəbin açılışı oktyabrın 6-da baş tutacaq.
Londonda fəaliyyət göstərən “Znaniye” əlavə təhsil məktəbləri ilə birgə yaradılan “Bilik” Azərbaycan məktəbində dərslər həftənin bazar günləri keçiriləcək.
Məktəbdə Azərbaycan dili ilə yanaşı, ölkəmizin mədəniyyəti, tarixi, adət-ənənələri də tədris ediləcək.