Liviyada Xaftarın qərargahı partladılıb

0
700

Liviyanın milli ordusunun (LMO) feldmarşalı Xəlifə Xaftarın qərargahında iyunun 2-də səhər tezdən iki partlayış baş verib.

Bu barədə “Reuters” tibb işçilərinə və şahidlərə istinadən xəbər verir.

Agentliyin məlumatına əsasən, Derna şəhərində yerləşən hərbi düşərgədə partlayıcı maddələr quraşdırılmış iki avtomobil havaya uçub. Hadisə nəticəsində azı 18 nəfər yaralanıb.

Xatırladaq ki, Xəlifə Xaftarın rəhbərliyi altında olan Liviya milli ordusu 2017-ci ilin iyununun sonlarında  bir neçə il ərzində müxtəlif radikal qrupların tabeliyi altında olan Derna şəhəri üzərində nəzarəti ələ keçirdiyini bildirmişdi. Bir il əvvəl isə hərbiçilər ölkənin şərqində ən iri şəhər olan Benqazini terroristlərdən azad etdiklərini bildirmişdilər.

Hazırda Xaftarın dəstəsi Liviyanın paytaxtı Tripolinin yaxınlığında döyüşlər apararaq, şəhər üzərində nəzarəti ələ keçirməyə çalışır.