İngiltərə çempionatında I turun təxirə salınmış oyunu keçirilib.
“Liverpul” öz evində “Börnli” ilə qarşılaşıb.
Matçı gözlənilmədən qonaqlar qazanıb. Oyunun taleyini 83-cü dəqiqədə Eşli Barnsın penaltidən dəqiq zərbəsi həll edib: 0-1.
Beləliklə, “Liverpul” öz evində dörd ildən (68 oyun) sonra məğlub olub.