İngiltərənin “Liverpul” klubu almaniyalı Timo Vernerə təklif göndərib.
Premyer Liqa təmsilçisi Almaniya “Leypsiq”inin hücumçusu ilə 5 illik müqavilə imzalamaq niyyətindədir.
Futbolçu bu təklifə əsasən, ildə bonuslar da nəzərə alınmaqla 10 milyon avro qazanacaq. Mersisaydlılar ümumilikdə 50 milyon vəd etdiyi Timo ilə yanaşı, onun klubu ilə də danışıqları davam etdirir.
Qeyd edək ki, Verner 2016-cı idən “Leypsiq”də oynayır.