“Liverpul” futbol klubu İngiltərə Futbol Çempionatının qalıbı olub.
İkinci yerdə olan “Mançester Siti” 31-ci turun oyununda “Çelsi” yə 1:2 hesabı ilə məğlub olub və Yurqen Kloppun komandasına çatmaq şansını itirib.
Beləliklə, “Liverpul” turnirin bitməsindən 7 tur əvvəl İngiltərə Premyer Liqasının çempionu oldu.
“Liverpol”un 86 xal, “Mançester Sitinin” 63 xalı var. “Liverpul” komandası 19 qat milli çempion oldu. Axırıncı dəfə o 1989/90 il mövsümündə birinci pilləyə yüksəlmişdi.
25 iyun
“Çelsi” – “Mançester Siti” – 2:1
Qollar: Pulişiç, 36 (1:0), Kevin de Brüyne, 55 (1:1), Villian, 78-pen (2:1)
Qırmızı vərəqə: Fernandinyo, 77 (“Mançester Siti”)
“Bernli” – “Uotford” – 1:0
Qol: Rodriqes, 73
“Sauthempton” – “Arsenal” – 0:2
Qollar: Nketia, 20, Uillok, 86
Milli.Az