Litva Ukraynaya görün nə verdi: Rusiyanı “dəli” edəcək hədiyyə

0
71

Litvada bütöv bir istilik elektrik stansiyasının Ukraynaya verilməsi üçün sökülür.

Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Vladimir Zelenski ilə mətbuat konfransı zamanı bildirib.

Sentyabrın 10-da Ukraynanın Baş naziri Denis Şmıqal Rusiya Silahlı Qüvvələrinin Xarkovu elektrik enerjisi ilə təmin edən bütün istilik elektrik stansiyalarını məhv etdiyini açıqlayıb.

Qeyd edək ki, sentyabrın 20-də Ursula fon der Leyen Kiyevə səfərə gəlib. O, Ukraynanın paytaxtına Avropanın dəstəyini və G7-nin kreditləşməsi ilə bağlı irəliləyişi müzakirə etmək üçün gəldiyini söyləyib. AK rəhbəri bəyan edib ki, Avropa İttifaqı Ukraynaya yardım çərçivəsində ona 35 milyard avro məbləğində kredit verəcək G7 ölkələrinin AB-nin Rusiya aktivlərində dondurulmuş gəlirlərdən istifadə edərək vəsait toplamasını planlaşdırır.