Litva Respublikası Seyminin sədri Viktoras Prantskietis Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Litva Respublikası Seyminin sədrini Azərbaycan Milli Məclisi Sədrinin müavini Valeh Ələsgərov və digər rəsmi şəxslər qarşılayıblar.