
Microsoft Teams proqramı üzərindən təşkil olunan iclasa 140 nəfər qoşulmuş, onlayn dərslər, şagirdlərin dərslərə hazırlığı, dərslərin cədvəli, ev tapşırıqları, onlayn dərslərdə davranış qaydaları barədə canlı müzakirələr aparılıb.
Valideynlər lisey direktoruna suallarını birbaşa ünvanlamış, qaranlıq qalan nüanslara aydınlıq gətirilib.
Təqribən saat yarım davam edən iclasda növbəti mərhələdə lisey-şagird-valideyn münasibətlərinin qırılmazlığının bu mərhələdəki önəmi bir daha vurğulanıb.