Lirənin çökdüyü vaxtda Türkiyəni SEVİNDİRƏN XƏBƏR

0
320

Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Səudiyyə Ərəbistanı və Küveyt investisiya üçün Türkiyəni seçib. Qətər Türkiyəyə 15 milyard dollar, BƏƏ isə 11 milyard dollar sərmayə qoyacaq.

Daha bir ərəb ölkəsinin – Bəhreynin də investisiya seçimi Türkiyə olub.

Sənayedən maliyyəyə, enerjidən nəqliyyata, mədənçilikdən pərakəndə satışa qədər bir çox sahədə xarici investorları cəlb edən Türkiyə Körfəz ölkələrinin üstünlük verdiyi dövlətlərdən biridir. Bu çərçivədə Körfəz ölkələrinin Türkiyəyə sənaye, maliyyə, media, nəqliyyat, istehsal, enerji, tikinti və qidadan tutmuş geniş bir sahədə investisiyaları var. Son 18 ildə Körfəz ölkələrinin Türkiyəyə sərmayələri 11,4 milyard dollara çatıb. Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədr müavini İffet Polat “Bu sərmayələr daha da artacaq. Önümüzdəki dövrdə Körfəz ölkələrindən ciddi investisiyaların və ortaqlıqların gələcəyini düşünürəm” – deyə qeyd edib.

Bu ölkələr arasında 4,3 milyard dollarla Türkiyəyə ən böyük investisiyanı Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) edib. BƏƏ-nin 11 milyard dollar daha çox birbaşa investisiyası ilə bu rəqəm 15,3 milyard dollara yüksələcək.

Körfəz ölkələri arasında Qətər 2,7 milyard dollar sərmayə qoyduğu halda, daha 15 milyard dollar sərmayə yatıracağını açıqlayıb. Səudiyyə Ərəbistanının Türkiyəyə 2 milyard dollar, Küveytin isə 1,9 milyard dollar birbaşa investisiyası var. BƏƏ, Qətər, Küveyt və Səudiyyə Ərəbistanından sonra başqa bir körfəz ölkəsi Bəhreynin də investisiya üçün Türkiyəyə gəlməsi gözlənilir.