
“Lider tv-dən artıq 1 həftə idi ayrılmışdım. Öz ərizəmlə. Həyatımda az cox xidməti olan istənilən hər şey heç nəyə baxmayaraq dəyərdir mənim üçün. O üzdən “görünən dağa nə bələdçi” misalı ilə heç bir detallara varmayacam. Zatən hər kəs hər şeyi çox gözəl bilir”.
Bu sözləri telekanaldan yenicə ayrılmış teleaparıcı Fəxriyyə Lilpar deyib. Lider TV-nin bağlanması xəbərini şərh edən telaparıcı bu sözləri əlavə edib: “Radiosu CAZ, televiziyası SAZ olan və heyvan cinsi insan cinsindən daha qiymətli olan bir qurumun olmaması daha məqbuldur”.
Qeyd edək ki, dünən axşamdan lider TV-nin yayımı dayanıb. Telekanalın