Cənubi Koreyanın “LG Electronics” şirkəti smartfon istehsalını dayandırır.
Bu barədə şirkətin yaydığı açıqlamada qeyd olunur.
“LG Electronics” ciddi rəqabətdə olan mobil telefon sektorundan çıxmaq və diqqətini elektrikli nəqliyyat vasitələrinin, robot texnikasının, süni intellekt və internet avadanlıqlarının istehsalına ayırmaq niyyətindədir.
Qeyd olunur ki, “LG Mobile Communications” ilk dəfə 1990-cı ildə mobil telefonların istehsalına başlamışdı.