
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova vəzifəsindən azad olunub.
Bununla bağlı AMEA-nın Rəyasət Heyətinin iclasında qərar qəbul edilib.
Mərkəzi Elmi Kitabxananın direktoru vəzifəsinin icrası müvəqqəti olaraq qurumun direktor müavini Elnur Hüseynova (Elnur Eltürk) həvalə edilib.
Qeyd edək ki, E.Eltürk 2019-cu il mayın 8-də Mərkəzi Elmi Kitabxanaya direktor müavini təyin olunub