Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə bərabər, Şuşaya onların övladı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da səfər etmişdi.
Səfərdən sonra Leyla Əliyeva Şuşaya həsr etdiyi yeni şeiri sosial şəbəkə hesabında paylaşıb.
L.Əliyevanın şeirinin tərcüməsini təqdim edirik:
Bülbülə bənzəyən sehrli gülüm, doğma zirvələrdə çiçək açırsan.
Cənnətsiz illəri yaşamamışam…
Doğma da yaşasın, yad, başqası da; dünya ki böyükdür, hamı sığışar!
Necə yaşamışam illərlə necə?
Ruhum üşüyübdür iztirablarda.
Şeirdə vəzn və məna, heca var;
Çoxlu öyrənməli, çalışmalısan.
Mənimsə ruhumda şeir özü var, Yaradan yaradır;
Bəlkə də bir qədər naşı alınır, lakin yazılarda həqiqət vardır.
Doğma diyarları itkin olandan,
O qədər ürəyə dağ çəkilib ki,
Əzablar yurduma cıdır salıbdır,
Sənə dualarla üz tuturduq biz.
Sehrli diyarım, gördüm röyamda;
Bir tərlan dağlardan qanad açıbdır.
Xarıbülbül ruhumda çiçək açıbdır, Allahım, illərlə həsrətdim sənə!
Böyüķdür Yaradan; xeyir qalibdir!
Əfsus, hamılıqla dönməsələr də, insanlar yurdlara qayıdacaqlar.
Şeirim mükəmməl olmasa belə, inanın, dahilər qınamaz məni!