“Lexus” Los-Ancelesdə avtosalonunda LC 500 kupesinin açıq versiyası olan Gran Turismo sinfindən kabriolet təqdim edib.
Kabriolet və kupeni bir-birindən yumşaq üstü və kuzovu ilə fərqləndirmək olmayacaq. Hər iki variantda LC 500-lərin siluetini maksimal eyni olması üçün Leksusun dizaynerlərı az əmək sərf etməyiblər. Böyük hesabla buna ğörə də kabrioletin yumşaq üstlüyünü dörd təbəqədən yığıblar: dam hissəsi xeyli qalın alınıb.
O oturacaqların arxasında 15 saniyəyə yığılır, üstlüyün bərpası isə 16 saniyəyə başa gəlir. Üstlüyü xüsusi bölməyə 50 km/s sürətdə yığmaq mümkündür. Lakin kabrioletin hansı həddə qədər sürət yığa bilməsı haqqında hələlik məlumat verilmir.
Məlumdur ki, o kupedə olduğu kimi 477 at gücünə malik 5 litrlik V8 mühərriki ilə təchiz olunub.
Lakin gövdənin sərtliyini saxlamaq üçün onu əhəmiyyətli dərəcədə dəyişmək lazım gəlib, məsələn maşın əlavə güc elementləri alıb. Bundan başqa çəkilərin paylanmasında dəyişiklikləri kompensasiya etmək üçün kabrioletin qabaq asqısi yenidən qurulmuşdur.
Qalan şeylərdə kupe ilə kabriolet arasında, yenidən işlənmiş iqlim qurğusu istisna olmaqla, heç bir fərq müşahidə olunmur.
Üstü açıq “Lexus LC500” gələn ilin yayında satışa çıxarılacaqdır. Həmçinin markanın pərəstişkarları üçün kiçik bir sürpriz də hazırlanır. İlk 100 nümunə xüsusi “İnspiration” komplektləşdirilməsində hazırlanacaq. Bu özünü xarici tərtibatda – gövdənin eksklüziv rəngində, ağ-göy dəri interyerdə və 21 düymlük çarx diskində biruzə verəcək.