Lerikdə 17 yeni məktəb binası tikilir

0
423

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarında nəzərdə tutulmuş tədbirlərə müvafiq olaraq son illər Lerik rayonunda təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində mühüm tədbirlər həyata keçirilib. 1985-2003 illərdə Lerik rayonunda cəmi 3 məktəb tikilmişdisə, son 15 ildə rayonda 58 məktəb inşa olunub, 22-si isə əsaslı təmir edilib.

Bu il Lerikdə 13 modul tipli məktəbin quraşdırılması, 4 orta məktəbin tikintisi və 1 məktəbin əsaslı təmiri davam etdirilir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 2117 metr dəniz səviyyəsindən yüksəkdə yerləşən Oran kənd məktəbinin tikintisində də demək olar işlər yekunlaşmaq üzrədir.

Üçmərtəbəli, 180 şagird yerlik Orand kənd məktəbi üçün yeni binanın tikintisinə ötən ilin oktyabrın 17-dən başlanılıb. Məktəb binasının hörgü işləri tamamlanıb, elektrik xətləri çəkilib, santexnika işləri görülüb. Hazırda binanın daxilində suvaq işləri aparılır, döşəmə vurulur, pəncərələr qoyulur.

Lerik şəhərinin mərkəzində yerləşən Valeh İbarhimov adına inteqrasiya təmayüllü internat tipli gimnaziyanın ikimərtəbəli binasında da qızğın iş gedir, əsaslı təmir olunur.

Təhsil Nazirliyinin sifarişi ilə yenidən qurulan 350 şagird yerlik binanın tavan, döşəmə, qapı və pəncərələri, digər yardımçı otaqları təzələnib. İstilik, işıqlandırma, su təchizatı sistemləri isə yenidən qurulur. Bundan başqa, binanın zirzəmi hissəsində, bönövrədə gücləndimə işləri aparılacaq. Oğlanlar və qızlar üçün yataqxanalar tikiləcək. Bütün avadanlıq və əşyalar yenilənəcək.

Məktəbin ərazisində bir ədəd 100 kubluq içməli, bir ədəd eyni tutumlu yanğına qarşı su anbarları, müasir tipli qazanxana, yeni futbol, valeybol meydançaları, idman zalı, akt zalı, yeməkxana, valideynlər üçün gözləmə yerləri tikiləcək.

Orand, Siyov və Əvilə kənd məktəbləri, eləcə də 10 modul tipli məktəb “Bilk günü” müəllim və şagirdlərin ixtiyarına veriləcək.